AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən "Yumru uşaq" baxçasında "İlk Yardım" seminarı keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən "Yumru uşaq" baxçasında "İlk Yardım" seminarı keçirilib
 Members of the Emergency Mobile Volunteer Team (EMVT) of the Sumgayit city branch of the AzRCS held a practical seminar on "First Aid" at the "Yumru Ushak" kindergarten

14 fevral 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin(FMKD) üzvləri tərəfindən Yumru uşaq bağçasında tərbiyəçilərə “İlk Yardım” mövzusunda praktiki seminar keçirib. İştirakçılara huşsuz nəfəs alan və bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, yaralar və yanıqlar mövzusu ətrafında geniş məlumat verilib və praktiki olaraq göstərilib. İştirakçıları maraqlandıran suallar FMKD üzvləri tərəfindən cavablandırılıb.